"Real Madrid" Kərim Benzemanın əvəzinə yeni futbolçu transferi edəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib. İtaliyalı mütəxəssis "Kral klubu"nun "9 nömrə" axtarışında olduğunu deyib:

"Gələcək layihələrdə "Real Madrid" "9 nömrə" transfer etməlidir. Bunu deyirəm, çünki Benzema yaşlanıb. Əlbəttə, indi yaxşı çıxış edir. Heç vaxt bu barədə problem yaşamamışıq".

"Marca" nəşrinin yaydığı məlumata görə, "Tottenhem"dən Harri Keyn, "Mançester Siti"dən Xulian Alvares, "Yuventus"dan Duşan Vlahoviç və "Benfika"dan Qonsalo Ramos əsas namizədlərdir. Madrid təmsilçisi yayda bu futbolçulardan birini transfer edə bilər. 

Qeyd edək ki, Benzemanın klubla müqaviləsinin müddəti 2024-cü ilin sonunda başa çatır.