"Barselona" klubunun direktoru Mateu Alemani Frenki de Yonqun gələcəyi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi niderlandlı futbolçunun komandadakı vacib rolundan söz açıb:
"Frenki bizim üçün çox vacib oyunçudur. Bizimlə olması böyük üstünlükdür".
Qeyd edək ki, de Yonqun "katalonlar"la müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.