“Real”ın futbolçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Asiya ölkəsinin adı açıqlanmayan təmsilçilərindən biri fransalı hücumçunun xidmətində maraqlıdır. Xəbərə görə, Benzema daha bir il “kral klubu”nun formasını geyinib daha sonra Səudiyyə Ərəbistanına yollanmaq fikrindədir.

Bildirilir ki, qarşı tərəfin təklif etdiyi müqavilədə forvardın bu ölkədə öz akademiyasını açması da qeyd edilib.

Qeyd edək ki, 2009-cu ildən Madrid təmsilçisində çıxış edən Benzema  cari mövsüm La Liqada 18 oyun keçirib, 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real"la hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.