İspaniya Kral Kubokunun yarımfinalında "Real Madrid" "Barselona"ya 4:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Fransız hücumçu 60 il sonra "Kamp Nou" stadionunda "Barselona"nın qapısından 3 qol keçirən "Real"ın ikinci futbolçusu olub. 

Daha öncə 1963-cü ildə Ferents Puşkaş "Barselona"ya qarşı het-trik etmişdi.

Qeyd edə ki, "Kral klubu" finalda "Osasuna" ilə üz-üzə gələcək.