“Malyorka” klubu yarımmüdafiəçisi Rodriqo Battalya ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Argentinadan olan 31 yaşlı futbolçu La Liqa təmsilçisini Braziliyanın “Atletiko Mineyro” klubuna dəyişib.
Mineyro təmsilçisi bu transferə görə İspaniya klubuna 800 min avro ödəyib. Tərəflər arasındakı müqavilə 2024-cü ilin 31 dekabrına kimi nəzərdə tutulub.