İspaniyanın "Espanyol" klubu baş məşqçi Dieqo Martinesi postundan göndərməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, artıq onu əvəzləyəcək mütəxəssis də məlumdur. La Liqa təmsilçisi ispaniyalı çalışdırıcı Luis Qarsiya ilə anlaşıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, tərəflər bu barədə razılığa gəlib.

Qeyd edək ki, Dieqo Martines "Espanyol"u 2022-ci ilin yayından çalışdırırdı. Onun klubla sözləşməsi 2024-cü ilin iyununda başa çatırdı. Hazırda Barselona təmsilçisi La Liqada 27 turdan sonra 27 xalla təhlükəli zonada - 17-ci pillədə qərarlaşıb.