"Əllərində heç nə yoxdur. Tək istədikləri bizi nüfuzdan salmaqdır".

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Joan Laporta söyləyib. 

"Bu birliyimizi qorumalıyıq. Məqsədləri bizi küncə sıxışdırıb, mübarizəni dayandırmağımızdır. Qanımızın son damlasına qədər "Barselona"nı müdafiə edəcəyik. "Barselona" həmişə sizin olacaq".

Qeyd edək ki, "Barselona" klubu korrupsiya ilə ittiham olunur.