La Liqada dekabr ayının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, namizədlər sırasında Luis Suares ("Barselona"), Takasi İnua ("Eybar"), İbai Qomes ("Alaves") yer alıb. Qalib futbolsevərlər arasında keçilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, L.Suares dekabrda ay 5 qol, İ.Qomes 4 qol, T.İnui 3 qol vurub.