"Barselona" klubunun heyətində növbəti ciddi itki yaşanıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Frenki de Yonq sıradan çıxıb. 25 yaşlı yarımmüdafiəçi La Liqanın "Real"la matçında (2:2) zədələnib. O, Niderland millisinin Avro-2024-ün seçmə mərhələsi üçün heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, "Barselona"nın müdafiəçisi Ronald Arauxo da "El Klasiko"da zədələnib. Uruqvaylı futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.