"Bavariya"nın futbolçusu Arturo Vidalın "Barselona"ya keçidi gerçəkləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Kataloniya klubunun 20-25 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 22 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.