"Arsenal" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb karyerası ərzində şahidi olduğu maraqlı hadisələrdən danışıb.

Offsideplus.az xəbər verir ki, "footboom.com" saytına geniş müsahibə verən belaruslu futbolçu Xosep Qvardiola və Lionel Messi ilə bağlı xatirəsini bölüşüb:

"Vengerlə müqayisədə Quardiola daha emosianaldır. Bir dəfə Messini danlamağa cəhd etdi. Amma Xavi Pepə başa saldı ki, bu Leodur, ona toxunmaq olmaz".

Qeyd edək ki, 2008-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunan Qleb kataloniyalıların heyətində 19 oyun keçirib.