Dünya Kubokundan öncə zədə səbəbindən Fransa millisinin heyətindən çıxarılan və daha sonra yığmaya çağrılmayan Kərim Benzema və baş məşqçi Didye Deşam arasında vəziyyət daha da gərginləşib.
Offsideplus.az xəbər verir ki, fransız mütəxəssis "Le Parisien"ə müsahibəsində "Real Madrid"in kapitanı barədə bu sözləri deyib:
"Kərimə tələsmədiyimizi və zədəsini komanda meneceri ilə həll etməli olduğunu dedim. Oyananda kimsəyə xəbər vermədən, getdiyini öyrəndim. Kərim mənə hazır olmadığını demişdi".
Kərim Benzema isə sosial şəbəkə hesabında Deşampın ifadələrinin yer aldığı şəkli paylaşıb və "Yalançı" sözlərini qeyd edib. Bundan başqa, fransız ulduz kloun emojisi də əlavə edib.