Madrid "Real"ının futbolçusu Marko Asensio “Barselona”ya keçə bilər.

Offsideplus.az İspaniya mediasına istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “kral klubu"nun acığına bu addımı atmaq qərarına gəlib.

Karlo Ançelottinin Asensioya əsas heyətdə yer verməməsi onu qəzəbləndirib. 

Xatırladaq ki, bundan əvvəl “Barselona”nın Asensionun transfer etməkdə maraqlı olduğu barədə xəbərlər yayılmışdı. Asensionun müqaviləsi bu mösvümün sonunda başa çatır və “Barselona”ya azad agent kimi qoşula bilər.