"Barselona" klubu futbolçusu Markos Alonso ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Markos ötəni ilin yayından "Barselona"da oynayır. Tərəflər arasında əvvəlki müqavilə 2023-cü ilin iyununa kimi hesablanmışdı.