İspaniya kubokunun 1/4 final mərhələsində “Sevilya”nı məğlub edən (2:1) “Osasuna” tarixində 6-cı dəfə yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, klub 2004/05 mövsümündən sonra ilk dəfə bu mərhələyə qədər irəliləyə bilib.

“Osasuna”nın yarımfinal mərhələsindəki rəqibi püşkatmadan sonra bəlli olacaq.