“Malyorka” heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın “Rostov” klubundan Dennis Hadzikaduniçi icarəyə götürüb.

24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi İspaniya klubunda çıxış edəcək.

Qeyd edək ki, Hadzikaduniç 2018-ci ildən “Rostov”un formasını geyinir. O, Rusiya klubunun heyətində 69 oyuna 3 qol vurub.