"Atletiko"nun futbolçusu Joau Feliks və baş məşqçi Dieqo Simeone arasında vəziyyət gərgindir.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı vinger icarə əsasında qış transfer pəncərəsində komandanı tərk edə bilər. Klub rəhbərliyi satın alma şərti olmadan portuqaliyalı ulduzu icarəyə göndərməyə razıdır.
"Marca"nın məlumatına görə, Madrid təmsilçisi Feliksi 100 milyon avroya sata bilər. Lakin futbolçu ilə yaxından maraqlanan klublar "Mançester Yunayted" və "Arsenal" Feliksi icarəyə götürmək istəyir.
Qeyd edək ki, Feliks "Atletiko"ya 123 milyon avroya transfer olunmuşdu.