Münhen "Bavariya"sının və Kanada yığmasının futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Madrid "Real"ı 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.
"Kral klubu"nun rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.
Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.