Madrid "Real"ının belçikalı futbolçusu Eden Hazard komandanı tərk edəcək.

Offsideplus.az İspaniya mətbuatına istinadla xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ABŞ-ın MLS Liqasında mübarizə aparan klublardan biri ilə anlaşıb. Həmin klubun adı dəqiqləşməsə də, Hazardın mövsümün sonunda "kral klubu"nu tərk edərək okeanın o tayına üz tutacağı gözlənilir.

Qeyd edək ki, sözügedən futbolçuyla Türkiyənin "Qalatasaray" klubu da yaxından maraqlanır.

Əlavə edək ki, 2019-cu ildən "Real"da çıxış edən təcrübəli oyunçu komandanın heyətində 72 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub, 11 məhsuldar ötürmə verib.