Madrid "Real"ı heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az İspaniya mətbuatına istinadla xəbər verir ki, "kral klubu" "Malyorka"nın hücumçusu Vedat Muriqini sıralarına qatmaq niyyətindədir. 

Madrid təmsilçisi 28 yaşlı kosovolu forvard üçün qarşı tərəflə danışıqlar aparır.

Qeyd edək ki, Muriqi 2019/2020 mövsümündə "Fənərbağça"da çıxış edib.