"Barselona" klubu Jordi Alba ilə yollarını ayırmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı ispaniyalı sol cinah müdafiəçisinin maaşı çox olduğu üçün onu göndərmək istəyir. Klubla futbolçu arasında dünya çempionatından sonra danışıqlar olacağı bildirilir.

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir.