"Selta" klubu baş məşqçisi Eduardo Koudetlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Qeyd edək ki, Eduardo Koudet 2020-ci ilin noyabr ayından "Selta"nı çalışdırırdı. Komanda hazırda La Liqada 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.