Madrid "Real"ının əsas qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, o, artıq ümumi qrupda məşqlərə başlayıb.
Belçikalı qapıçının La Liqanın “Sevilya” ilə bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək oyununda iştirak şansı var.
Xatırladaq ki, Kurtua səhhətindəki problemə görə “Real”ın son 6 matçında iştirak etməyib.