"Real"ın prezidenti Florentino Peres Kilian Mbappenin komandaya mümkün transferindən danışıb.

Offsideplus.az "Ellarguero"ya istinadən xəbər verir ki, 75 yaşlı funksioner fransalı hücumçunu barədə sərt açıqlamalar verib:

"Xeyr, Kilian Mbappe barədə yayılan şayiələrdən yorulmuram. Çünki ümumiyyətlə, onun barəsində bir şey oxumuram. Vinisius və Rodriqo ilə parlaq gələcəyimiz vr. Onlar TOP futbolçulardır, bir gün "Qızıl Top"u qazana bilərlər".

Xatırladaq ki, bir müddət öncə 23 yaşlı hücumçunun  yanvarda PSJ-dən ayrılmaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı.