"Barselona"nın futbolçusu Frenki de Yonq maaşla bağlı klubla arasında olan problemlərdən danışıb.
Offsideplus.az "ZiggoSport"a istinadən xəbər verir ki, yayda 25 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisindən məvacibini tələb edib. Klub isə futbolçuya ya maaşının 50 faiz azaldılmasına razılaşmalı, ya da komandanı tərk etməli olduğunu bildirib. De Yonq baş verənlər barədə bu sözləri deyib:
"Messidən sonra "Barselona"da ən çox maaş alan futbolçu olduğumu düşünmürəm. Çoxlu şayiələr yayılıb. Burda oynadığım ilk üç ildə məvacibimi azaltdım. Ona görə də təbii olaraq, həmin məbləğlər verilməlidir. Əlbəttə, o zaman böyük məbləğ kimi görünəcək".
Qeyd edək ki, De Yonqun kataloniyalılarla 2026-cı ilin yayınadək müqaviləsi var.