Karyerasını "Vissel Kobe" klubunda davam etdirən Andres İnyesta gələcək karyerası barədə açıqlama verib.
Offsideplus.az "Gazetta"ya istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinə qayıtmaq arzusunda olduğunu söyləyib:
"Daha bir il "Vissel Kobe"nin formasını geyinəcəm. Sonra isə görəcəyik... "Barselona"ya qayıtmaq istərdim. Ora hələ də mənim evimdir, lakin hansı vəzifədə olacağımı bilmirəm: məşqçi, idman direktoru və ya onun kimi bir şey..."
Qeyd edək ki, İnyesta 2018-ci ildə "Barselona"dan "Vissel Kobe" klubunda keçib.