"Barselona"nın futbolçusu Serxio Buskets gələcək karyerası ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı məsələyə də münasibət bildirib. O, bu haqda qərar vermədiyini deyib:
"Hələ bir qərar verməmişəm. İyunda "Barselona"dan gedəcəyimdən əmin deyiləm. Bu mövsüm mənim üçün necə keçəcək görəcəyik".
Qeyd edək ki, Busketsin Kataloniya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Daha öncə ispaniyalı oyunçunun klubun sözləşmə yeniləmə təklifini geri çevirdiyi haqda xəbərlər yayılıb. Onun karyerasını MLS-də davam etdirəcəyi gözlənilir.