"Barselona"nın gənc ulduzu Frenki de Yonq komandada qalmaq istədiyini dilə gətirib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqası klublarından birinə mümkün transferi barədə açıqlama verib:
"Başdan bəri, hər şey aydın idi, "Barselona"da qalmaq istəmişəm. Heç bir problem yoxdur - komanda yoldaşlarım və mənim aramda heç nə dəyişməyib. "Çelsi" və "Mançester Yunayted"? Çox şey baş verdi, bəzi işlər yolunda getmirdi. Lakin mənim qərarım həmişə eyni olub".
Qeyd edək ki, Kataloniya təmsilçisinin yay transfer dönəmində Frenki de Yonqu komandadan göndərmək istədiyi bildirilirdi. Niderlandlı futbolçu ilə "Bavariya", "Mançester Yunayted", "Çelsi" kimi klublar maraqlanıb.
Xatırladaq ki, De Yonqun "Barselona" ilə 2026-cı ilədək müqaviləsi var. O, 2019-cu ildə "Ayaks"dan Kataloniya təmsilçisinə transfer olunub.