"Barselona" gənc ulduzu Qavi ilə yeni müqavilə imzalayıb.

Offsidpelus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin müddəti 2026-cı ilə qədərdir. Kataloniya təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin satış qiymətini 1 milyard avro təyin edib. 

Qeyd edək ki, Qavi 2021-ci ildən "katalonlar"ın əsas komandasında çıxış edir.