"Barselona" "Çelsi"dən ayrılan Markos Alonsonu heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Alonso 2016-cı ildən "Çelsinin formasını geyinirdi. Futbolçu ilə "zadəganlar" arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Markos Alonso "Real"ın yetirməsidir. 2008-2010-cu illərdə "Real Kastilya"da çıxış edən futbolçu 2010-cu ildə əsas komandaya yüksəlib.