"Barselona" klubu hücumçusu Martin Braytveytlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi onunla müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün ona 150 min avro ödəyib. Eyni zamanda futbolçu La Liqa təmsilçisindən ilkin olaraq 5 milyon avro təzminat tələb edib.

31 yaşlı danimarkalı azad agent olaraq "Espanyol"a keçib. Müqavilənin müddəti üç illikdi.