"Çelsi" futbolçusu Markos Alonso ilə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verilib. 31 yaşlı müdafiəçi "Barselona" ilə anlaşıb, qısa zamanda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Alonso 2016-cı ildən "zadəganlar"ın formasını geyinir.