La Liqanın 3-cü turu çərçivəsində "Real" növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "kral" klubu "Espanyol"un qonağı olub. Görüş 3:1 hesabıyla Madridlilərin qələbəsi ilə başa çatıb. 

"Espanyol" - "Real" - 1:3 

Qollar: Junior, 12 (0:1), Joselu, 43 (1:1), Benzema, 88 (1:2), 90+10 (1:3)

Qırmızı vərəqə: Lekomte, 90+6 ("Espanyol")

Bu qələbədən sonra xal ehtiyatını 9-a çatdıran  "Real"  turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.