"Atketiko"nun (Madrid) müdafiəçisi Renan Lodi karyerasını İngiltərədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçunu "Nottinqem Forest" klubuna icarəyə verib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Anlaşmaya görə, Renan növbəti mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində çıxış edəcək. Həm futbolçunun maaşı ilə bağlı, həm də La Liqa klubu ilə danışqlar müsbət yöndə yekunlaşıb.
"Nottinqem Forest" 24 yaşlı oyunçunun icarəsi üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək. Sözləşmədə satınalma şərti də var. İngilislər braziliyalı futbolçunu birdəfəlik transfer etmək istəsə, 30 milyon avrosundan keçməli olacaq.
Transferin bu gün açıqlanacağı gözlənilir.