"Barselona"nın futbolçusu Frenki de Yonq bir çox Avropa nəhənglərinin transfer hədəfindədir.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublar siyahısına "Bavariya" da qoşulub. Bundesliqa təmsilçisi niderlandlı futbolçunu birbaşa satın alma şərti ilə icarəyə götürmək istəyir.
De Yonqla yaxından maraqlanan klublar arasında İngiltərədən "Mançester Yunayted" də var.
Qeyd edək ki, Frenki de Yonqun "Barselona" ilə 2026-cı ilədək müqaviləsi var. O, 2019-cu ildə "Ayaks"dan Kataloniya təmsilçisinə transfer olunub.