İspaniyanın “Valensiya” klubu azad agent statusunda olan uruqvaylı hücumçu Edinson Kavaniyə 1+1 şərti ilə müqavilə təklif edib.

Offsideplus.az xəbər verir ki, “yarasalar” 35 yaşlı futbolçunun transfer məsələsində “Vilyarreal” və “Nitsa” ilə mübarizədə daha şanslıdır.

Kavaninin son klubu müqaviləsi 2022-ci il iyunun 30-da başa çatan “Mançester Yunayted” olub.