"Barselona"nın prezidenti Xoan Laporta klubdan göndərilməsi planlaşdırılan oyunçular haqda açıqlama verib.
Offsidepilus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmisi baş məşqçi Xavinin komandada istəmədiyi futbolçuların adını da açıqlayıb:
"Samuel Umtiti və Martin Breytveytin sözləşməsi var. Lakin Xavi onlara inanmadığını dedi. Klubu tərk etmələri daha yaxşı olardı" deyə Laporta bildirib.