“Espanyol” klubu heyətini yeni futbolçularla gücləndirib.
Offsideplus.az xəbər verir ki, Barselona təmsilçisi “Alaves”dən hücumçu Xose Luis Mato Sanmartini (Xoselu) transfer edib.
Azad agent olan 32 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2019-cu ildən “Alaves”də forma geyinirdi. Təcrübəli hücumçu bu komandada 113 oyuna 36 qol vurub.
Daha bir yeni transfer “Malyorka”dan gələn Brayan Olivandır. 28 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. İspan futbolçu 2020-ci ildən oynadığı “Malyorka”da 47 oyuna çıxıb, 1 qol vurub.