"Barselona"nın futbolçusu Frenki de Yonq komandada qalmağa qərar verib.
Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Kataloniya təmsilçisində qalmaq üçün "Mançester Yunayted"ə keçməkdən imtina edib. 25 yaşlı futbolçu özünü "Barselona"da xoşbəxt hiss edir və ən azı növbəti mövsüm də hazırkı komandasında oynamaq istəyir deyə, xəbərdə olunur.
Qeyd edək ki, 2019-cu ildən "Barsa"da çıxış edən Frenki geridə qalan mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.