"Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adı dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, stadion "Spotify Kamp Nou" adlanacaq. Ad dəyişikliyi "Barselona" və Spotify arasında razılaşmanın bir hissəsidir. 

Qeyd edək ki, İspaniya mətbuatı klubun bu sponsorluqdan 300 milyon avro qazanacağını yazıb.