"Barselona" Antuan Qrizmanla bağlı qərarını verib.

 Offsideplus.az "Catalunya Radio"ya istinadən xəbər verir ki, 31 yaşlı fransalı hücumçu daha bir il icarə əsasında "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, Qrizman ötən mövsüm "Atletiko" formasıyla 36 oyunda 8 qol və 7 məhsuldar ötürmə edib.