Belçika millisinin üzvü Axsel Vitsel karyerasını İspaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Atletiko" ilə razılaşıb. Onunla 2023-cü ilin yayınadək müqavilə bağlanacaq. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.
Qeyd edək ki, Vitselin son klubu Dortmund "Borussiya"sı olub.