İspaniyanın "Real" klubu yeni baş məşqçinin axtarışlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, bu posta əsas namizəd, hələ ki, Almaniya yığma komandasının baş məşqçisi Yoahim Lövdür. Klub rəhbərliyi artıq onunla danışıqlara başlayıb.

Nəşr iddia edir ki, "Real"ın prezidenti Florentino Peres Zinəddin Zidanın vəzifəsindən kənarlaşdırılması barədə artıq qərar qəbul edib və komandanın bu mövsüm necə çıxış etməsindən asılı olmayaraq, bu qərar dəyişməyəcək.

goal.az