"Barselona" yayda heyətinə yeni futbolçu qatacaq.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu "Selta"da çıxış edən Xavi Qalanı transfer etmək niyyətindədir. 27 yaşlı oyunçu növbəti mövsüm üçün Jordi Albanın yerinə düşünülür. İspaniya nəhəngi Viqo təmsilçisi ilə 2026-cı ilədək sözləşməsi olan sol cinah müdafiəçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Qalan 2021-ci ilin yayından "Selta"da çıxış edir.

1646559179 FC Barcelona offers RC Celta 2 players for Javi Galan 768x432