İspaniyanın "Barselona2 klubu heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az "DHA"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Milan"da çıxış edən Frank Kessie ilə razılığa gəlib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi növbəti mövsümdən La Liqa klubunun şərəfini qoruyacaq.

Onun yeni komandasında ilinə 6,5 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Fildişi Sahilindən olan Kessie 2019-cu ildən "Milan"ın uğurları üçün çalışır. O, "rossonyerlər"in heyətində çıxdığı 214 matçda 36 qol vurub, 16 məhsuldar ötürmə edib.