"Barselona" "Milan"da çıxış edən Frank Kessieni transfer etmək istəyir.

 Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira şəxsi "tvitter" hesabında məlumat verib."Rossonyerilər"lə mövsümün sonunda yeni müqavilə bağlamayacaq olan 26 yaşlı yarımmüdafiəçi Kataloniya klubundan təklif alıb.

"Barselona" fildişi sahilli oyunçuya 8 milyon avro maaş və 2027-ci ilə qədər sözləşmə təklif edib.

Qeyd edək ki, Kessie bu mövsüm "Milan" formasıyla 21 matçda 5 qol və 1 məhsuldar ötürmə edib.