“Kadis” klubunun  yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra 45 yaşlı Serxio Qonsaleslə çalışdıracaq. Onunla bu mövsümün sonuna kimi sözləşmə imzalanıb. 

O, bu postda ötən gün istefaya göndərilən Alvaro Serveranı əvəzləyib.

Qeyd edək ki, Qonsalesin son iş yeri "Real Valeydolid" olub.