Madrid "Real"ı heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Diario Sport"a istinadən xəbər verir ki, Türkiyə millisinin və “Atalanta”nın müdafiəçisi Merih Demiral “kral klubu”nun maraq dairəsinə düşüb.

La Liqa təmsilçisinin artıq transfer üçün danışıqlara başladığı bildirilir.

Futbolçunun transferinin şəxsən baş məşqçi Karlo Ançelottinin istəyi olduğu qeyd olunur.

Bildirək ki, ötən ildən "Atalanta"da çıxış edən 23 yaşlı Merih Demiralın komandasıyla 2022-ci ilin 30 iyununadək müqaviləsi var.