Fransa millsinin və "Bavariya"nın sabiq futbolçusu Frank Riberi Madrid "Real"ına keçməyə yaxın olub.

 Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin keçmiş prezidenti Uli Höness danışıb. 69 yaşlı sabiq rəhbər bunları deyib:

"Riberi 2010-cu ildə "Real"a keçməyə çox yaxın idi. Lakin onu və həyat yoldaşı Vahibanı şam yeməyinə dəvət etdim.Suşi onların ən sevdiyi yemək idi.Axşam yeməyin ardından Vahibə Riberiyə Münhendə qalacağıq" - dedi.

Qeyd edək ki, Riberi 2007/2019-cu illər aralığında "Bavariya"da çıxış edib.