İtaliyanın "Verona" klubunun hücumçusu Covanni Simeone ispan klublarının maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki,  "Sevilya" və "Atletiko"(Madrid) komandaları tezliklə 26 yaşlı forvard üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, Simeone bu mövsüm 20 oyuna 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.